Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatdı

  • 23:02 - 07 Aprel

Türkiyədə son sutka ərzində koronavirusdan daha 76 nəfər dünyasını dəyişib.

Avropa.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 3892 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 725-ə, yoluxanların sayı isə 34 min 109 nəfərə çatıb.

F.Koca onu da vurğulayıb ki, son 24 saatda daha 256 pasiyent sağalıb və hazırda onların ümumi sayı 1 582 nəfər təşkil edir.


Oxunma sayı: 4918

Oxşar yazılar