İran ordusunun 54 əsgəri koronavirusa yoluxdu

  • 22:48 - 07 Aprel

İranda 54 əsgərə COVID-19 diaqnozu qoyulub.

“Mehr” agentliyinin xəbərinə görə, bu barədə İran Baş Qərargahının Kadrlar şöbəsinin müdiri Nahuda Rahmanipur açıqlama verib.

O, ölkədə ilk koronavirusa yoluxma hadisəsi aşkar edilən andan etibarən hərbi təşkilatlarda bütün lazımlı tədbirlərin alındığını bildirib və hazırda virusa yoluxan əsgərlərin bir çoxunun yaxşılaşdığını vurğulayıb.

Rahmanipur Silahlı Qüvvələrdə bu günə qədər koronavirusdan ölümün halının olmadığını qeyd edib.


Oxunma sayı: 4467

Oxşar yazılar