Türkiyənin Aİ-dəki nümayəndəliyinin əməkdaşı koronavirusdan öldü

  • 21:30 - 07 Aprel

Türkiyənin Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin əməkdaşı Ahmet Eğri koronavirusdan vəfat edib. 

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb. 

Nazir qeyd edib ki, A.Eğri Brüsseldə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 370 000-i ötüb. Bunların 294 301 nəfəri sağalıb, 77 316 nəfəri isə ölüb.(report)


Oxunma sayı: 4214

Oxşar yazılar