ABŞ-da koronavirus qurbanlarının sayı 11 minə çatır

  • 20:20 - 07 Aprel

ABŞ-da son sutkada daha 1 339 nəfər pandemiyanın qurbanı olub.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 993 nəfərə çatıb.

Bundan başqa, ABŞ-da son bir gündə infeksiya daşıyıcılarının sayı daha 30 478 nəfər artaraq 368 449-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 365 000-i ötüb. Bunların 293 879 nəfəri sağalıb, 76 488 nəfəri isə ölüb.


Oxunma sayı: 4291

Oxşar yazılar