Gürcüstanda koronavirusdan ölənlərin sayı üç nəfərə çatdı

  • 19:10 - 07 Aprel

Gürcüstanda daha bir pasiyent koronavirusdan ölüb.

Avropa.info report-a istinadən xəbər verir ki, həmin şəxs Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilən 86 yaşlı qadındır.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı üç nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 363 000-i ötüb. Bunların 293 839 nəfəri sağalıb, 76 383 nəfəri isə ölüb.


Oxunma sayı: 1970

Oxşar yazılar