Türkiyədə xəstəxanadan qaçan daha bir şəxs koronavirusdan öldü

  • 18:37 - 07 Aprel

Türkiyədə 11 gün öncə səhhətindəki narahatlıqlardan dolayı getdiyi xəstəxanadan COVID-19 testindən keçmədən qaçan 40 yaşındakı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) daşıyıcısı ölüb.

Xəstənin ölümündən sonra onda koronavirus testi pozitiv nəticə verib.

Məlumata görə, onunla təmasda olan hər kəs karantinə alınıb.

Qeyd edək ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 363 000-i ötüb. Bunların 293 839 nəfəri sağalıb, 76 383 nəfəri isə ölüb.(report)


Oxunma sayı: 2135

Oxşar yazılar