Sahibkarlara yalnız bu halda dövlət dəstəyi veriləcək - Sahil Babayev

  • 18:01 - 07 Aprel

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda iş yerlərində hər hansı ixtisarlara yol verilmir, həyati vacib orqanlarda minimal sayda işçi işə cəlb edilir.

Avropa.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, son 10 gündə əmək müqavilələrinin sayında azalma deyil, əksinə ciddi artımlar baş verib:

"Burada sahibkarlar dövlətin göstərdiyi dəstəkdən faydalanaraq ixtisarlara yol verməməlidirlər. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə səbəblər müəyyən edilir. Sahibkarlara o halda dövlət dəstəyi veriləcək ki, işçilərin ixtisarlarına yol verilməsin. Hazırda qeyri-neft sektorunda 690 min nəfər işçinin əmək müqaviləsi var".

Nazir qeyd edib ki, Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur:

"Əvvəllər vətəndaş öz ərizəsi və ya müqaviləsi bitdikdə işdən çıxdıqda ona işsizlikdən sığorta vəsaiti verilmirdi. Lakin indi müqaviləsi bitən şəxslərə də işsizlikdən sığorta mexanizmi şamil ediləcək. Ən azı 20 min şəxs bu mexanizmlə əhatə olunacaq".


Oxunma sayı: 6854

Oxşar yazılar