Türkiyədə hərbi zavodda partlayış oldu – Video

  • 17:21 - 07 Aprel

Türkiyənin paytaxtı Ankara şəhərində hərbi zavodda partlayış baş verib.

Avropa.info xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir özünün “Twitter” hesabında yazıb.

İsmayıl Dəmir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin nəzdindəki “Roketsan” zavodunda qeydə alınmış partlayış nəticəsində ölən olmayıb.

Ankara Valiliyi isə Almadağ rayonunda yerləşən zavodda baş verən partlayış nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.

Qeyd edək ki, partlayış saat 15:00-da qeydə alınıb.


Oxunma sayı: 4665

Oxşar yazılar