"Önəmli bir liderin ölməsi lazımdır..." - Koronavirusun pərdəarxasını açıqlayan analitikin "öləcək" dediyi dünya lideri kimdir?

  • 16:40 - 07 Aprel

İngiltərə baş naziri Boris Consonun koronavirus səbəbilə təcili reanimasiyaya qaldırılması, Belnəlxalq Strateji İdarəetmə Agentliyinin rəhbəri Ertan Özyigitin bir müddət öncə koronavirusla bağlı söylədiyi fikirləri gündəmə gətirib. 

Avropa.info xəbər verir ki, "komplo teoriləri" ilə məşhur olan Ertan Özyigit "Bəyaz" TV-də koronavirusla bağlı çıxışı zamanı dünya liderlərindən birinin ölə biləcəyini söyləmişdi:  

"Koronavirus əməliyyatının bundan sonra  liderlərə qarşı çeviriləcəyini söyləmişdim. İspaniyada bir kraliça virusdan öldü. Daha önəmli bir liderin ölməsini gözləyirəm. Ölməyi lazımdır ... Çünki qorxu imperiyası bitməz. Mühüm bir lider bu anda ölməsi lazımdır. İndi bu işin kompensasiya hissəsi başlayacaq. Tramp niyə israrla "Çin virusu" deyir? Çini bilməsək məsələni anlaya bilmərik."

Qeyd edək ki, dünən vəziyyəti pisləşən Boris Conson Londondakı  St Thomas Xəstəxanasına aparılıb.

Ertan Özyiğit kimdir?

Avropa.info


Oxunma sayı: 11584

Oxşar yazılar