TƏBİB sağlam insanları qan verməyə çağırır

  • 16:24 - 07 Aprel

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) Azərbaycanda karantin müddətində donorluğun mümkün olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

Avropa.info xəbər verir ki, TƏBİB-in bununla bağlı yaydığı məlumatda hazırda ölkədə koronavirus infeksiyası səbəbindən Qan Banklarının qan ehtiyatının çatışmazlığı ilə üzləşdikləri qeyd olunub.

Bildirilib ki, bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri lazımdır.


Oxunma sayı: 4709

Oxşar yazılar