Fransa müsadirə etdiyi maskaları qaytarmağa məcbur oldu

  • 15:51 - 07 Aprel

İsveçli firma tərəfindən İtaliya və İspaniyaya göndərilən maskaları müsadirə edən Fransa dövləti maskaların hamısını geri qaytarıb.

Avropa.info xəbər verir ki, Fransa 5 martda İsveçin "Mölnlycke" şirkətinin Çindən alıb Lion şəhərinə gətirdiyi maskaları müsadirə etmişdi. İsveçin müdaxilə etməsi əvvəlcə maskaların yarısını verməyi öhdəsinə götürən Fransa indi hamısını verməyə razılaşıb.

Fransa maskaların müsadirəsini 3 martda qüvvəyə minən qanunla əsaslandırmışdı.

Xatırladaq ki, Avropa İttifaqının üzvləri Çexiya və İtaliya arasında daha əvvəl belə böhran baş vermişdi. Praqa Çindən İtaliyaya göndərilən maska və süni tənəffüs aparatlarını müsadirə etmişdi.


Oxunma sayı: 4357

Oxşar yazılar