Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı işdən qovuldu – Video

  • 15:28 - 07 Aprel

Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildirilib.

Məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.

Qeyd edək ki, Namiq Eyyubov Qusarda xidmət başında olarkən spirtli içki qəbul edibmiş. 


Oxunma sayı: 14587

Oxşar yazılar