İran Kovid-19 epidemiyasını nəzarətə götürə biləcəyi vaxtı açıqladı

  • 14:59 - 07 Aprel

İranda Kovid-19-la bağlı vəziyyətin mayın sonunda nəzarətə götürülə biləcəyi ehtimal olunur.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İranın səhiyyə naziri Səid Nameki parlament iclasında çıxış edib. Onun sözlərinə görə, ABŞ sanksiyaları İranın koronovirusla mübarizəsinə mənfi təsir edir.

"Biz vəiyyətə hələ tam nəzarət etmirik, lakin çoxsaylı testlər sayəsində böhranın öhdəsindən gələcəyik" - nazir deyib.

Nameki koronovirusla mübarizədə özünütəcrid və məsafə saxlamanın vacibliyini qeyd edib

"Uzanan pandemiya iqtisadiyyata zərbə vurur. Biz iqtisadiyyatın çökməməsi üçün əhalinin səhhəti ilə bağlı bütün səyləri göstəririk" - Nameki deyib.

Qeyd edək ki, İranda ilk yoluxma halı 19 fevralda Qum şəhərində qeydə alınıb və bütün ölkə ərazisinə yayılıb. 

6 aprelə olan məlumata görə, İranda Kovid-19-dan ölənlərin sayı 3739 nəfərdir. Yoluxanların sayı isə 60 min 500 nəfər.


Oxunma sayı: 5105

Oxşar yazılar