Azərbaycanda əfv sərəncamının icrası başa çatdı

  • 14:25 - 07 Aprel

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Bu barədə APA-ya Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq aprelin 6-də əfv sərəncamı imzalayıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 176 nəfər əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.


Oxunma sayı: 2300

Oxşar yazılar