Yaponiyanın 7 regionunda fövqəladə vəziyyət rejimi elan edildi

  • 14:11 - 07 Aprel

Yaponiya baş naziri Şinzo Abe paytaxt Tokio, liman şəhəri Osaka başda olmaqla 7 regionda fövqəladə vəziyyət rejimi elan edib.

Avropa.info xəbər verir ki, Yaponiya əhalisinin 44%-nin yaşadığı bu ərazilərdə qanun sabahdanqüvvəyə minərək, 1 ay qüvvədə qalacaq.

Valilər məktəbləri, iş yerlərini bağlaya biləcək amma əhalinin evdə qalmasını məcbur edəcək əmrlər verə bilməyəcək.

"Fövqəladə vəziyyət elan etməyə qərar verdik. Çünki koronovirusun ölkə ərazisinə yayılmasının insan həyatları və iqtisadiyyat üzərində nəhəng təsirinin olacağını düşündük" - Abe deyib.

Yaponiya hökuməti ÜMM-in 20%-ə bərabər 990 milyard dollarlıq iqtisadiyyata yardım paketi də açıqlayacaq.

Qeyd edək ki, Tokioda koronovirusa yoluxma halları keçən həftə iki dəfə artaraq, 1200-ə çatıb. Bu gün daha 80 yoluxma halı qeydə alınıb.

Ölkə miqyasında 4 yoluxma halı qeydə alınıb, 93 nəfər ölüb.


Oxunma sayı: 4082

Oxşar yazılar