Akif Çovdarovu karantinə apardılar – Foto

  • 13:53 - 07 Aprel

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla əfv olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov azadlığa çıxandan sonra karantinə alınıblar.

Avropa.info bildirir ki, bu barədə ATV kanalı məlumat yayıb.

Məlumata görə, onlar 9 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq Penitensiar Xidmətin avtomobili ilə karantinə aparılıblar.

Generallar Akif Çovdarov və Subahir Qurbanov yaşlı olduqlarına görə dünən əfv ediliblər. Xatırladaq ki, Prezidentin əfv sərəncamı koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı məhkumlara şamil olunub.


Oxunma sayı: 5985

Oxşar yazılar