İspaniyadan pis xəbər: 5 gündür azalan ölü sayı qəflətən artdı

  • 13:44 - 07 Aprel

Koronovirus pandemiyasının ən çox təsirinə məruz qalan İspaniyada sutka ərzində qeydə alınan rəqəmlər açıqlanıb.

Avropa.info xəbər verir ki, son 5 gün ərzində Kovid-19-dan ölənlərin sayının azalmasına baxmayaraq, sutka ərzində bu rəqəm 744 nəfərə qalxıb. Qeyd edək ki, dünən 637 nəfərin ölüm faktı qeydə alınmışdı.

Beləliklə, İspaniya üzrə ölüm faktı 13 min 798 nəfərə qalxıb. Yoluxma sayı isə 135 min 32 nəfərdən 140 min 510 nəfərədək qalxıb.


Oxunma sayı: 5325

Oxşar yazılar