İtaliya tarixinin ən böyük təşviq paketini açıqladı

  • 13:29 - 07 Aprel

İtaliyanın Baş naziri Cüzeppe Konteyeni növ koronavirusun (COVID-19) iqtisadiyyata təsirini azaltmaq üçün 400 milyard avroluq yeni təşviq paketi hazırladıqlarını bildirib.

Avropa.info report-a istinadən xəbər verir ki, kiçik, orta və böyük İtaliya şirkətlərinə 400 milyard avro təcili likvidlik təmin ediləcək:

"Bunun 200 milyard avrosu daxili bazar üçün, digər yarısı isə ixrac üçün nəzərdə tutulub. İtaliya tarixinin ən böyük təşviq paketinin ölkə iqtisadiyyatındakı problemləri həlli üçün önəmli addım olacağına inanırıq”, - Baş nazir bildirib.

Daha əvvəlki 350 milyard avroluq təşviq paketi ilə birlikdə İtaliya Ümumi Daxili Məhsulunun (ÜDM) yarısı qədər iqtisadiyyata dəstək verdiklərini bildirən C.Konte vurğulayıb ki, strateji əhəmiyyətli bütün şirkətləri qorumaq üçün çox təsirli bir təşviq paketi qəbul etdik.

Bundan başqa, Baş nazir bəzi vergi ödənişlərinin aprel və may aylarında dayandırılacağını da diqqətə çatdırıb.


Oxunma sayı: 5534

Oxşar yazılar