Zərdabda polis gücləndilirilmiş rejimdə fəaliyyətini davam etdirir – Fotolar

  • 13:16 - 07 Aprel

Ölkəmizdə Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 

Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, rayonda yağışlı hava olmasına baxmayaraq, Zərdab rayonuna gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib, karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür.

Bununla yanaşı, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.

Sonuncu dəfə Zərdab rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan daha 20 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.

Coşqun Abdullayev
Avropa.info

 

 

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 4049

Oxşar yazılar