Bölgədə böyük gərginlik: ABŞ hərbi kəşfiyyat təyyarəsini göndərdi

  • 12:39 - 07 Aprel

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Koreya yarımadasında bir uçuş gerçəkşəşdirib.

Avropa.info xəbər verir ki, Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi bu barədə məlumat verib.

Agentlik bildirib ki, "Aircraft Spots", "RC-135W Rivet Joint" model elektronik kəşfiyyat təyyarəsi ölkənin şimal-şərqindəki  Gangvon və Seul ilə İnçeon şəhərlərini əhatə edən Gyeonggi bölgəsi üzərində uçub.

Agentlik keçən şənbə eyni tipli bir hərbi təyyarənin Koreya yarımadası üzərində uçduğunu yazmışdı.

ABŞ Şimali Koreya ilə nüvə silahları barədə görüşlərini dayandırdıqdan sonra ölkə hakimiyyəti keçən ilin sonralarından bölgədəki havadan müşahidə və hərbi kəşfiyyat fəaliyyətini gücləndirib.

"Aircraft Spots" keçən ilin dekabr ayı boyunca "Boeing" firmasının istehsal etdiyi  "RC-135W" elektronik hərbi təyyarələrlə yanaşı, "Northrop Grumman" firması tərəfindən istehsal edilən "E-8 Joint STARS" model müştərək izləmə və radar sistemli təyyarələrin Koreya yarımadası üzərində uçduğunu təsbit etmişdi.

Bundan əlavə, dekabrın 11-də Koreya yarımadası və Yaponiya yaxınlığında B-52 strateji bombardmançısının və "Global Hawk" pilotsuz uçuş aparatının aşkarlandığı da qeyd edilib.

Ötən ilin fevralından başlanılan Şimali Koreya ilə ABŞ arasındakı nüvə danışıqları 5 oktyabrda İsveçdə keçirilmiş işgüzar görüşlərdə dayandırılıb.

Şimali Koreya lideri Kim Çen In, ABŞ rəhbərliyinə danışıqların başlaması üçün konkret tövsiyələr verməyə vaxt verib, əks halda nüvə və qitələrarası idarə olunan raket sınaqlarını davam etdirəcəklərini bildirib.


Oxunma sayı: 5083

Oxşar yazılar