Bakıda aztəminatlı ailələrə ərzaq yardımı edildi – Foto

  • 12:35 - 07 Aprel

Xüsusi karantin rejimi müddətində Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi Binə qəsəbəsində yaşayan yaşlı insanlara və aztəminatlı ailələrə yardım edib.

DİN-in mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq polis əməkdaşları həmin sakinlərin evinə gedib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər.

Yaşlı insanlarla yanaşı bölmə əməkdaşları maddi cəhətdən imkanı zəif, aztəminatlı ailələrə də baş çəkib. Onlara da qida məhsullarından ibarət bağlamalar verilib, köməklik göstərilib. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə, Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq ediblər.


Oxunma sayı: 11100

Oxşar yazılar