Rusiya koronovirusa yeni yoluxma halları sürətlə artır

  • 12:11 - 07 Aprel

Rusiyada sutka ərzində 43 regionda 1154 Kovid-19 koronovirusuna yoluxma halı qeydə alınıb.

Avropa.info xəbər verir ki, virusdan sutka ərzində 11 nəfər ölüb. İlk dəfə Qaraçay-Çərkəz respublikasında yoluxma qeydə alınıb. 

Son məlumata görə, Rusiya üzrə 7497 nəfər yoluxub, 58 nəfər ölüb, 494 nəfər sağalıb.

Kovid-19-a ən çox yeni yoluxma faktı Moskvada - 697 nəfər, daha sonra Sank-Peterburq - 67 nəfər, Moskva vilayətində - 67 nəfər qeydə alınıb.


Oxunma sayı: 4907

Oxşar yazılar