Rusiyada yerli tərəvəz istehsalçılarından hökumətə çağırış: "Pomidor idxalını dayandırın, batırıq..." – Foto

  • 12:07 - 07 Aprel

Rusiyanın meyvə-tərəvəz istehsalçıları İttifaqı ölkənin kənd təsərrüfatı Nazirliyinə məktubla müraciət edərək xaricdən pomidor idxalına qadağa qoymağa çağırıb.

Məktubun surətini TASS əldə edib. Məktubda deyilir ki, rublun son günlər xeyli dəyərdən düşməsi, koronavirusun yayılması və özünütəcrid rejiminin tətbiq edilməsi ölkədə pomidor və xiyara olan tələbatı kəskin aşağı salıb, nəticədə tərəvəzin topdansatış qiyməti 2019-cu ilə nisbətən 50 faizə qədər aşağı düşüb.

Ona görə də meyvə-tərəvəz istehsalçıları İttifaqı nazirlikdən xahiş edir ki, yerli istehsalçıların vəziyyətinin daha da pisləşməməsi üçün xaricdən Rusiyaya pomidor idxalına heç olmasa 2 aylıq qadağa qoyulsun. “Sizdən xahiş edirik ki, yerli istixanaların vəziyyətinin daha da pisləşməməsi üçün Rusiya Federasiyasına pomidor idxalını 2 aylıq müvəqqəti qadağan edəsiniz”,-məktubda deyilir.

Rusiyanın tərəvəz istehsalçıları bildirirlər ki, hazırda bazarda pomidor və xiyara tələbat xeyli azalıb, çünki əhali koronavirus pandemiyası şəraitində daha zəruri ərzaq mallarına üstünük verir. Belə vəziyyətdə isə yerli xiyar və pomidor istehsalçılarının istixana biznesi artıq rentabelli deyil. Vəziyyət bu cür davam etsə onlar tamamilə müflis olacaqlar.

Məktubda göstərilir ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Rusiyaya 100 milyon dollar dəyərində 79 min ton pomidor idxal olunub. Təchizat əsasən Azərbaycan, Mərakeş, Türkiyə və Çindən həyata keçirilib. Həmin idxal məhsulu isə Rusiyada vətəndaşların özünütəcrid etməsi səbəbindən yerli pomidorun topdansatış qiymətinə əlavə təzyiq göstərir.

Virtualaz.org


Oxunma sayı: 6161

Oxşar yazılar