Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma...

  • 11:27 - 07 Aprel

Bir neçə ay öncə dünyanı lərzəyə salan koronavirus pandemiyası Çindən başladı. İndi Antarktida istisna olmaqla dünyanın demək olar ki, bütün bölgələrində və ölkələrində koronavirus yayılıb.

Virusun mənbəyi olan Çinlə qonşu dövlətdə - Monqolustanda “Covid-19”a cəmi 15 nəfər yoluxub, 4 nəfər isə sağalıb. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, Monqolustanda virusdan ölüm halı olmayıb.

Monqolustan ərazisi cənubdan, şərqdən və qərbdən Çinlə həmsərhəddir.

Hələ yanvar aydında koronavirusun yayılması təhlükəsini ciddiyə alan Monqolustan Çin ilə sərhədini bağladı. Sərhəddə avtonəqliyyat və piyada keçid qadağan edildi. Vaxtında görülmüş tədbirlər sayəsində Monqolustan koronavirus bəlasının qarşısını ala bildi.

Martın 10-da Monqolustanda ilk dəfə koronavirusa yoluxma hadisəsi qeydə alınıb. İlk xəstə Monqolustanda işləyən Fransa vətəndaşı olub. Fransadan Monqolustana qayıtdıqdan sonra onun koronavirus xəstəsi olduğu aşkarlanıb.

6 aprel tarixindən etibarən Monqolustanda təsdiqlənmiş 15 hadisə qeydə alınıb. Bütün xəstələrin hamısı xarici ölkələrdən gəlib.

Modern.az


Oxunma sayı: 2883

Oxşar yazılar