Bu Avropa ölkəsi Kovid-19 epidemiyasını nəzarətə götürdü

  • 11:21 - 07 Aprel

Norveç səhiyyə naziri Bent Höie ölkədə yayılan Kovid-19 epidemiyasını nəzarətə götürdüklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, nazir Norveçdə Kovid-19 tədbirləri sayəsində bir nəfərin 2,5 nəfərə virus bulaşdırdığını, keçən ay görülən sərt tədbirlər nəticəsində bu rəqəmin 0,7 nəfərə düşdüyü bildirilir.

"Sərt tədbirlər görməsəydik, Avropanın digər ölkələrində baş verənlər cərəyan edəcəkdi" - nazir deyib.

Gündəlik statistik məlumatlara görə, Norveçdə koronovirus hallarının artmadığını deyən Bent Höie virus üzündən müalicə alanların da sayının azaldığını deyib.

Qeyd edək ki, 111 min 299 nəfərin analizlərini götürən Norveçdə 5 min 755 nəfərdə Kovid-19 aşkarlanıb. 5 milyon nəfərin yaşadığı ölkədə 59 nəfər həyatını itirib.


Oxunma sayı: 4808

Oxşar yazılar