Neft qiymətlərinin taleyi 9 apreldə keçiriləcək görüşdə məlum olacaq

  • 10:28 - 07 Aprel

Neft qiymətləri artım tempi göstərir.

Avropa.info xəbər verir ki, "Brent" markalı neftin iyun sövdələşmələri 3% artaraq, bir barel üçün 34,04 dollar olub. WTI nefti isə 3,53% qalxaraq 27 dollara çatıb.

İnvestisiya sahibləri ümid edirlər ki, OPEK+ üzvləri 9 apreldə neft hasilatının azaldılması ilə bağlı razılığa gələrlər. 

Qeyd edək ki, 6 martda OPEK+ üzvləri yeni müqavilə bağlaya bilməmişdilər. koronovirus pandemiyası qlobal şəkildə neftə olan tələbatı azaldıb.


Oxunma sayı: 9945

Oxşar yazılar