Koronavirusa qarşı 2-ci peyvənd klinik sınaqlardan keçəcək

  • 09:55 - 07 Aprel

ABŞ federal orqanları yeni növ koronavirusa qarşı ikinci peyvəndin klinik sınaqlarına icazə verib.

Avropa.info Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: "Bu gün ikinci şirkət elan edib ki, [ABŞ Səhiyyə və Sosial Xidmət Nazirliyi yanında] Qida və Dərman kəfiyyəti məsələləri üzrə İdarəsi [yeni koronavirusa] qarşı peyvəndin klinik sınaqlarına icazə verib".

Bununla birlikdə, D.Tramp xatırladıb ki, əvvəllər bənzər peyvəndin sınaqdan keçirilməsinə icazə Johnson & Johnson şirkəti tərəfindən alınmışdı.

Bundan əlavə, Tramp yeni koronavirusun səbəb olduğu xəstəliyin müalicəsi üçün 10 "müalicəvi vasitə"sinin hazırda ABŞ-da sınaqdan keçirildiyini qeyd edib.


Oxunma sayı: 5017

Oxşar yazılar