Türkiyədə koronavirusla bağlı əsassız məlumatlar yaymaqda şübhəli bilinən 229 nəfər saxlanılıb

  • 23:30 - 06 Aprel

Türkiyədə son 21 gün ərzində sosial mediada COVID-19-la bağlı əsassız və təxribat xarakterli məlumatlar yaymaqda şübhəli bilinən 616 nəfərdən 229-u saxlanılıb. Onlardan səkkizi həbs edilib.

Avropa.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aparılan araşdırmalarda bu növ məlumatlar yayan 3576 sosial media hesabı aşkarlanıb.

Əhali arasında qorxu, təşviş və narahatlıq yaratmaq məqsədilə yazılan bu məlumatların əksəriyyətinin FETÖ, PKK kimi terror qruplaşmaları tərəfindən hazırlandığı bildirilir.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.


Oxunma sayı: 2905

Oxşar yazılar