Fransada son 24 saatda 833 nəfər koronavirusdan ölüb

  • 23:15 - 06 Aprel

Fransada son sutka ərzində koronavirusa yoluxmuş 833 nəfər dünyasını dəyişib. 

Avropa.info apa-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Olivye Veran bildirib. “Martın 1-dən xəstəxanalarda ümumilikdə 6494 nəfər ölüb, son sutkada isə 605 nəfər ölüb. Qocalar evində 2417 nəfər həyatını itirib. Hazırda ölkə üzrə ölənlərin ümumi sayı 8911 nəfərdir. Bu, dünənki rəqəmdən 833 nəfər çoxdur”, - nazir belə deyib. Veranın sözlərinə görə, hökumət qocalar evində kütləvi tibbi yoxlamaların aparılmasına qərar verib.


Oxunma sayı: 5435

Oxşar yazılar