"İran əsgərləri və Tehran dəstəkli terror qrupları Suriyada koronavirus epidemiyasını yayırlar" - Sensasion açıqlama

  • 22:41 - 06 Aprel

"İran əsgərləri və İran dəstəkli milis qüvvələri Suriyada koronavirus yayırlar."

Avropa.info xəbər verir ki, belə bir bəyanatla Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Abdurrahman çıxış edib. Rami Abdurrahman, Əsəd rejiminə bağlı səhiyyə nazirliyinin koronavirusla bağlı ciddi addımlar atmadığını və virusun getdikcə yayıldığını deyib:

“Rejimə bağlı olan səhiyyə nazirliyi əd- Duvayr bölgəsindəki karantin mərkəzində 5 koronaviruslu xəstənin olduğunu bəyan etdi. Lakin, sonradan məlum oldu ki, xeyli sayda koronavirus şübhəli adam var. Xəstə olduqları şübhəli hesab edilən insanların bir qismi Dəməşq Beynəlxalq Hava Limanının otelinə transfer edildi və bu da virusun yayılma ehtimalını artırdı və kontrol etmə imkanlarını azaltdı. Dəməşq, Humus, Lazkiyə ve Tartusdakı qaynaqlarımıza görə, karantinə alınan şəxslərin sayı 128 nəfərə yüksəlib. Daha sonra testlərin neqativ çıxması ilə 56 nəfər karantindən buraxıldı. 72 nəfər hələ də test sonuclarını gözləyir. Eyni zamanda bir tibb bacısı virus səbəbindən həyatını itirdi. Rejim rəsmiləri isə bu durum qarşısında səssizdir.

İlk andan Suriyadakı ölümlərin İran dəstəkli milisinin koronavirusa yoluxması və xəstəliyin milislər arasında yayılması nəticəsində baş verdiyini bildirmişik. Meyadin rayonunda İran hərbçilərinə aid bir xəstəxanada 15 koronaviruslu xəstə var. Bunlardan 11 nəfəri iranlı, 4 nəfəri isə iraqlıdır. Əsəd rejimi bunları gizlədir. Kovid-19 daşıyıcısı olan İran əsgərləri və İran dəstəkli terror qrupları Suriyada sərbəst hərəkət edirlər"- Sami Abdurrahman belə deyib.

Qeyd edək ki, Suriya İnsan Haqları Təşkilatı 2006-cı ildə qurulub. BMT və bir sıra nüfuzlu qurumlar  hesabatlarında məhz Suriya İnsan Haqları Təşkilatının məlumatlarından istifadə edir.

Avropa.info


Oxunma sayı: 4027

Oxşar yazılar