"Bu cür düşüncə psixi xəstəlikdir" – AXCP NTK-nın sabiq sədri Əli Kərimli haqda

  • 18:10 - 06 Aprel

"Cəmiyyətin məhvi onun daxilindəki parazitlərdən daha çox asılıdır. Yəni daxili düşmən, xarici düşməndən daha təhlükəlidir. Biz ölkə olaraq 93-lərdə yanıldıq və 27 ilimizi itirdik. Fərd olaraq bir neçə dəfə yanıla bilərik. Lakin dövlət olaraq bu yanlışlıq süqutumuza səbəb ola bilər. Çox təssüflər olsun ki,bu gün dünyada baş verən yolxucu və öldürücü virusla birlikdə mübarizə aparmaq əvəzinə, ölkədə xaosun yaranmasını arzu edənlər var. Belə şəxslərin bir adı var. Parazit!" 

Avropa.info xəbər verir ki, bu sözləri AXCP NTK-nın sabiq sədri Aydın Əliyev deyib.

O bildirib ki, müxalifət adını daşımaq, müxalif olmaq qəhrəmanlıq, xilaskarlıq deyil: 

"Hər bir şeyin yaranma səbəbi olduğu kimi, siyasi müxalifətində yaranma səbəbi var. Özünü "müxalif lider" adlandıran Əli Kərimlinin son günlərdəki, çıxışı ölkənin üzləşdiyi koronavirus təhlükəsinə sevinc üzərində qurulub. Bu düşüncə sahibinin haqdan, ədalətdən danışmağı özü-özlüyündə pisixi xəstəlikdir. Bu gün Əli Kərimli kimi düşünən şəxslərin bir adı var, parazit! AXCP sədrinin çıxışlarını təhlil etdikcə görmək olur ki, bu şəxsin yalnız bir fikiri var. Hər kəs ölsün, məhv olsun, amma mən prezident olum. Bu parazit başa düşmür ki, hər kəs yox olandan sonra kimə, nəyə rəhbərlik edəcək?"


Oxunma sayı: 5149

Oxşar yazılar