Nuşirəvan Məhərrəmli MTRŞ-dən getdi – Rəsmi

  • 18:10 - 06 Aprel

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Avropa.info-ya verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov MTRŞ-nın sədri seçilib. Qeyd edək ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli idi.

İki gün əvəvl sərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdi.

Səttarov İsmət Rəcəb oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

2000- 2004-cü illərdə bir neçə bankda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub, 19.09.2016-cı il tarixindən indiyədək ARB Media Qrupun rəhbəri, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.


Oxunma sayı: 6139

Oxşar yazılar