Əfv Komissiyasının üzvü: “Prezident sərəncamı yaşlı məhkumların izolyasiyası üçün verdi”

  • 17:41 - 06 Aprel

Prezident İlham Əliyev məhkum edilmiş 176 nəfərin əfv olunması barədə sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, bu barədə modern.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə aiddir:

“Bu səbəbdəndir ki, cənab Prezident koronavirus pandemiyası təhlükəsini nəzərə alaraq yaşı 65-dən yuxarı və xəstəliyi olan 176 məhkumun azad olunması ilə bağlı sərəncam imzaladı. Bildiyiniz kimi, yaşı 65-dən yuxarı olanların evdən çıxması qadağandır. Həbsxanada isə onlar bir yerdə, bir yataqxanada idilər. Ölkə rəhbəri onların izolyasiya olunması üçün məhz bu addımı atdı”. 

Ə.Nuriyev qeyd edib ki, bu sərəncam Prezidentin humanistliyinin mühüm təzahürüdür:

“Ölkə başçısı pandemiya dövründə onların yaşaması, xəstəliyə yoluxmaması və sosial izolyasiya şəraitində qalması üçün ən mühüm addımı atdı. Onu da bildirim ki, proseslər çox sürətlə getdi. Əfv Məsələləri Komissiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi, Əfv sektoru, Ədliyyə Nazirliyi Pentensiar Xidməti gərgin rejimdə işlədi. Bütün sənədlər dərhal hazırlanaraq ölkə başçısına təqdim olundu. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, xüsusi krantinin tələbləri nəzərə alındı və ölkə başçısı humaizm göstərərək bu sərəncamI imzalandı”.

Komissiya üzvünün sözlərinə görə, ölkə başçısı xüsusi şəraitdə öz vətəndaşına xüsusi qayğısını göstərdi:

“Bu onun vətəndaşının sağlamlğının qayğısına qalmasının, humanizminin təzaühürü idi ki, 176 nəfərin azadlığına qovuşması ilə nəticələndi”.


Oxunma sayı: 8944

Oxşar yazılar