Kovid-19-u 40 dəqiqəyə açıqlayan test hazırlandı - Dəqiqlik 94%

  • 17:32 - 06 Aprel

Rusiyanın "Generium" tibb məhsulları şirkəti Kovid-19 koronovirusunu müəyyən edən sürətli testi qeydiyyatdan keçirib.

Avropa.info xəbər verir ki, test nəticəsi 40 dəqiqəyə hazır olur, dəqiqlik isə 94%-dir. Rusiya Elmlər Akademiyasının professoru Andrey İvanovun sözlərinə görə, test analizlər mərhələlərini bir neçə dəfə azaltmağa imkan verir. 

Qeyd edək ki, Rospotrebnadzor bu gündən etibarən Kovid-19 koronovirusunun evdə analizi xidmətini həyata keçirib. Xidmət pulludur, Moskva və Moskva ətrafı əraziləri əhatə edir. 

Son məlumata görə, Rusiya 6300 nəfər virusa yoluxub, 47 nəfər ölüb.


Oxunma sayı: 6040

Oxşar yazılar