Polis Oğuzda yaşlı sakinlərə baş çəkib – Foto

  • 17:15 - 06 Aprel

Polis Oğuzda yaşlı sakinləri evlərində ziyarət edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, xüsusi karantin rejimi müddətində Oğuz Rayon Polis Şöbəsi tərəfindən rayon ərazisində tənha yaşayan yaşlı insanlara, əlillərə və aztəminatlı ailələrə yardım olunub.

Yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq polis əməkdaşları həmin sakinlərin evinə gedib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər. Yaşlı insanlarla yanaşı şöbə əməkdaşları müxtəlif xəstəliklərdən əziyyət çəkən və maddi cəhətdən imkanı zəif, aztəminatlı ailələrə də baş çəkib. Onlara da qida məhsullarından ibarət bağlamalar verilib, köməklik göstərilib. Sakinlər də onlara göstərdikləri diqqət və qayğıya görə, Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq ediblər.


Oxunma sayı: 8163

Oxşar yazılar