İngiltərə baş naziri Boris Conson tənəffüz cihazına qoşulubmu? - İddialar və rəsmi açıqlamalar

  • 16:47 - 06 Aprel

İngiltərənin baş naziri Boris Consonun dünən gecə koronavirusla əlaqədar təcili xəstəxanaya aparıldığı və baş nazirin tənəffüz cihazına qoşulduğu haqda xəbərlər yayılmışdı. 

Avropa.info xəbər verir ki, İngiltərə Nazirlər Kabinetindən yayılan açıqlamada, Consonun xəstəxanaya aparıldığı təsdiqlənsə də, tənəffüz cihazına qoşulduğu haqda xəbərlər təkzib edilib.  

Ancaq, İngiltərənin "Quardian" qəzeti baş nazirin vəziyyətinin mətbuata açıqlandığından daha kritik olduğunu yazıb. Qəzetin iddiasına görə, Consunun ofisi, baş nazirin səhhəti haqqında doğru məlumat yaymır. 

"Quardian"ın bu yazısından sonra, İngiltərə Nazirlər Kabineti daha bir açıqlama yayaraq, qəzetin iddialarını rədd edib.   

Avropa.info


Oxunma sayı: 7228

Oxşar yazılar