İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - Video

  • 16:07 - 06 Aprel

Azərbaycan əsilli aparıcı İradə Zeynalova NTV kanalında canlı yayımda Rusiyada koronavirusdan 40 min nəfərin öldüyünü bildirib. Bu barədə video telekanalın saytında yerləşdirilib.

"Rusiyada 79 regionda beş mindən artıq yoluxan var, 40 mindən artıq insan ölüb. 200 mindən artıq insan tibbi müşahidə altındadır”, - deyə jurnalist bəyan edib.

Lakin həmin vaxt onun arxasındakı ekranda 5389 yoluxan və 45 ölü barədə məlumat yazılıb.

Qeyd edək ki, aprelin 6-da Rusiyada 954 nəfərdə koronavirusa yeni yoluxma faktı təsdiqlənib. Ümumilikdə, koronavirusdan 47 nəfər ölüb, 406 nəfər isə sağalıb.


Oxunma sayı: 14433

Oxşar yazılar