Kovid-19 pandemiyasında ölənlərin sayı 70 min nəfəri keçdi

  • 16:00 - 06 Aprel

Dünya üzrə yeni tip koronovirus (Kovid-19) pandemiyasından ölənlərin sayı 70 min nəfəri keçib.

Avropa.info xəbər verir ki, yoluxma hallarını qeydə alan "Worldometer" saytının məlumatına görə, ölü sayı 70 min 172 nəfər, yoluxma halı 1 milyon 282 min 40 nəfərə çatıb.

Ən çox insan ölüm, 15 min 887 nəfərlə İtaliyada qeydə alınıb. Sonrakı yerlərdə 13 min 55 nəfərlə İspaniya, 9 min 620 nəfərlə ABŞ, 8 min 78 nəfərlə Fransa, 4 min 934 nəfərlə İngiltərə və 3 min 603 nəfərlə İran gəlir.

Pandemiyanın başladığı Çində isə 3 min 331 nəfər həyatını itirib.

Koronovirus hazırda dünyanın 200 ölkə və regionuna yayılıb.


Oxunma sayı: 11584

Oxşar yazılar