Bir əsr əvvəl ispan qripindən sağalan qadın, koronovirusa da qalib gəldi

  • 15:26 - 06 Aprel

İtaliyanın Biella şəhərinə yaşayan 104 yaşlı qadın Ada Zanusso Kovid-19 koronovirusuna qalib gəlib.

Avropa.info xəbər verir ki, Ada Zanusso 1918-20-ci illərdə pandemiya halına gəlmiş ispan qripinə də yoluxmuş və sağalmışdı.

Biella şəhərində qocalar evində yaşayan 104 yaşlı qadın qusma, qızdırma və təngnəfəslik diaqnozu ilə 17 martda xəstəxanaya çatdırılmış, diaqnozu müsbət çıxmışdı. 

Zanusson dünya üzrə xəstəliyə qalib gələn ən yaşlı adam ünvanını qazanıb. 

"Ayağa qalxdı, yataqda yatmır və əlil arabası ilə hərəkət edə bilir. Sağalması bizim üçün böyük sevincdir və bu günlərdə əzab çəkən hər kəs üçün ümid işığı oldu" həkimi Karla Furno Markiz deyib.

Qeyd edək ki, Ada Zanusso ilə qocalar evində qalan 20 nəfər daha əvvəl virusdan vəfat etmişdi.


Oxunma sayı: 8592

Oxşar yazılar