İmişlinin icra başçısı xüsusi karantin rejimi qaydalarına əməl etməyən sakinlərə xəbərdarlıq edib- Fotolar

  • 15:03 - 06 Aprel

Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq, koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri İmişli rayonunda operativ şəkildə icra olunur. 

Avropa.info xəbər verir ki 05 aprel 2020-ci ildə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev İmişli şəhərində olub, fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum əlaqədə olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.
 Bununla barəbər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə müşahidələr aparılıb. 


Oxunma sayı: 8053

Oxşar yazılar