Son dəqiqə : Dünyaca məşhur milyarder koronavirusdan öldü - Lüks markanın dizayneri və qurucusu idi

  • 13:19 - 06 Aprel

İtaliyanın lüks ayaqqabı markasının dizayneri və qurucusu, milyarder iş adamı Sergio Rossi coronavirus səbəbiylə 84 yaşında vəfat edib.

Avropa.info xəbər verir ki, Sergio Rossinin istehsal etdiyi ayaqqabılar məşhur ismlərin üstünlük verdiyi markalar arasında idi. 

Onun nə vaxt öldüyü açıqlanmayb. İtaliyanın şimalındakı San Marino şəhərindən 40 kilometr uzaqlıqda yerləşən Cesena şəhərindəki Maurizio Bufalini Xəstəxanasından edilən açıqlamada Covid 19-a yoluxmuş məşhur iş adamının öldüyünü bildirilib. Xəstəxana səlahiyyətliləri Rossinin nə vaxt öldüyü barədə heç bir məlumat paylaşmayıblar.

Martın əvvəlində Sergio Rossi qrupu koronavirusla mübarizə üçün İtaliya hökumətinə 100.000 avro bağışlamışdı. 

1935-ci ildə İtaliyada anadan olan və 1950-ci illərdən bəri ayaqqabı dizaynı edən Sergio Rossi, 1968-ci ildə adını markalaşdırmışdı. O, 2004-cü ildə nəhəng şirkətini Fransanın lüks istehlak malları qrupu olan "Kerinq"ə satmışdı. Sergio Rossi sağ ikən Azzedine Alaia, Gianni Versace və Domenico Dolce və  Stefano Gabbana kimi məşhur dizaynerlərlə işləmişdi .

Xatırladq ki, İtaliya koronavirus səbəbiylə dünyada ən çox ölümlərin olduğu ölkədr.


Oxunma sayı: 12409

Oxşar yazılar