İrlandiya baş naziri koronovirusla mübarizə üçün həkimliyə qayıdır

  • 12:28 - 06 Aprel

İrlandiya baş naziri Leo Varadkar koronovirus epidemiyası ilə bağlı əsl peşəsi olan həkimliyə geri qayıdır.

Avropa.info xəbər verir ki, baş nazir həftənin bir günü İrlandiya Səhiyyə Xidməti İdarəsində çalışacaq. 

"Doktor Varadkar mütəxəssis olduğu sahəni əhatə edən məsələlər üçün həftənin bir günü xidmət göstərəcək. Ailə üzvlərinin və dostlarının çoxu səhiyyə sahəsində çalışır. Az da olsa kömək etmək istədi" - açıqlamada deyilir.

"İrish Times" qəzeti Varadkarın xəstələrə telefon vasitəsilə məsləhətlət verəcəyini yazır. Baş nazir koronovirusa yoluxmuş şəxslərlə üz-üzə gəlmək yerinə onları məlumatlandıracaq.

Qeyd edək ki, İrlandiyada epidemiya üzündən 158 nəfər həyatını itirib, 4994 nəfər yoluxub.


Oxunma sayı: 4786

Oxşar yazılar