ABŞ-dan vətəndaşlara çağırış: "Tunelin ucunda ümid və işıq var"

  • 11:21 - 06 Aprel

ABŞ ictimai Səhiyyə Departamenti Cerom Adams Fox News telekanalında qonaq olduğu proqramda ABŞ Kovid-19 epidemiyası ilə bağlı qorxulu açıqlamalar verib.

Avropa.info xəbər verir ki, epidemiyası az müddət sonra ən yüksək səviyyəsinə çatacağını bildirən Adams "Bir çox amerikalı üçün bu həftə ən çətin və hüznlü həftə olacaq. Bu bizim üçün bir Perl-Harbor, bir 11 sentyabr anı olacaq və təkcə lokal deyil, ölkə miqyasında hiss ediləcək. Yenə də növbəti 30 gün ərzində hər kəs öhdəsinə düşəni edərsə, bu tunelin ucunda ümid və işıq var, ancaq görəcək çox işimiz var" deyib.


Oxunma sayı: 4753

Oxşar yazılar