Bakıda kişi metil spirtindən zəhərlənərək öldü

  • 10:24 - 06 Aprel

Bakıda ölüm hadisəsi baş verib.

Avropa.info "report"a istinadən xəbər verir ki, hadisə aprelin 5-i paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Ağabala Məmmədbəyov spirtli içki aludəçisi olduğu üçün metil spirti içərək zəhərlənib. Xəstəxanaya çatdırılan A.Məmmədbəyov orada ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 6557

Oxşar yazılar