Altun: “Biz bizə yetərik deyən vətəndaşlarımızın töhfələri dövlət vasitəsilə ehtiyac sahiblərinə çatdırılır” – Video

  • 09:57 - 06 Aprel

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun prezident Rəcəb Tayyib Ərdoğanın “Biz bizə yetərik Türkiyəm” çağırışıyla başlatdığı milli həmrəylik kampaniyası ilə bağlı bir video paylaşıb.

Avropa.info xəbər verir ki, Altunun “Twitter” hesabından paylaşdığı videoda boş və səssiz küçələrlə yanaşı, evlərində vaxt keçirən vətəndaşlar nümayiş etdirilərək, həyatın dayanmadığı və darıxdığımız həyat səsinin evlərdən yüksəldildiyi bildirilir.

“Ehtiyacı olan evlərin səsinə səs, həyatlarına həyat qatmaq üçün "biz bizə yetərik" deyən vətəndaşlarımızın töhfələri dövlət vasitəsilə ehtiyac sahiblərinə çatdırılır” sözləriylə davam edən videoda dövlətin köməyinə ehtiyacı olan evlərin şorbasının dövlətdən, duzunun, bibərinin isə millətdən olduğu deyilir.


Oxunma sayı: 2223

Oxşar yazılar