Koronavirusdan sonra nələr olacaq? - BVF dünyaya yeni pul sistemi təklif edəcək və ... - Yeni valyutanın adı da açıqlandı

  • 00:41 - 06 Aprel

Türkiyəli yazar Həmzə Yardımçıoğlu koronavirusdan sonra yeni bir dünya düzəninin gözləndiyini  və Beynəlxalq Valyuta Fondunun dünya ölkələrinə yeni pul sistemi təklif edəcəyini açıqlayıb.  
 

Avropa.info xəbər verir ki, "Beyaz TV"-də bir proqrama qatılan  Həmzə Yardımçıoğlu  qlobal istismarçı olaraq tanınan Beynəlxalq Valyuta Fondunun (BVF) ölkələrə yeni kripto valyuta təklif edəcəyini deyib. 

"Koronavirusdan sonra keçid prosesi üçün vaxt lazım olacaq. Dövlətlər bir araya gələcəklər. BVF dövlətləri şok edən bir təklif verəcək. Yeni bir pul sistemi təklif edəcək. SDR adlı bir pul təklif edəcək. Bu kripto valyutadır. Yaxın zamanda qarşımıza çıxacaq. İdarəçilər bunu nəzərə alsınlar. Gələcəkdə bu ssenari ilə qarşılaşsaq,  diqqətli davranmamız gərəkdir. BVF-nin təklif etdiyi şey qəbul edilərsə, dünya tək pul sisteminə keçiləcək. "

Avropa.info


Oxunma sayı: 26005

Oxşar yazılar