Türkiyədə koronavirus qurbanlarının sayı 574-ə çatdı

  • 22:12 - 05 Aprel

Türkiyədə  koronovirusdan (COVID-19) bu gün 73 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib

Nazir bildirib ki, son 24 saatda 20065 şübhəli koronavirus testindən keçib, onlardan  3135 nəfərinin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyədək 574 nəfər ölüb, 27069 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1381 nəfərinin vəziyyəti ağırdır,  1042 nəfər isə müalicə olunub. 

Nazir həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 181445 nəfər testdən keçib və müalicə olunan xəstələrin səhhətində yaxşılaşma müşahidə edilir.


Oxunma sayı: 3037

Oxşar yazılar