Türkiyədən koronavirusla bağlı sevindirici xəbər : Sınaqdan keçirilən vaksin müsbət nəticə verdi - Foto

  • 20:52 - 05 Aprel

Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən COVID-19 peyvəndi müsbət nəticə verərək, orqanizmdə xəstəlik əleyhinə müdafiə sistemi yaranmasına səbəb olub. Yaxın zamanlarda peyvəndin insanlara təsirinin araşdırılması ilə bağlı tədqiqatlara başlanılacaq.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Ateş Kara tvitter hesabında bildirib.

O, bundan sonra peyvəndin insanları xəstəlikdən qoruyub-qorumaması ilə bağlı araşdırmaların aparılacağını deyib.

 


Oxunma sayı: 9967

Oxşar yazılar