Çin son bir ayda 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib

  • 18:35 - 05 Aprel

Çin martın 1-dən bu yana 10,2 milyard yuan (təxminən 1,5 milyard dollar) həcmində tibbi ləvazimat ixrac edib.

Avropa.info xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin ümumi əməliyyatlar departamentinin rəhbəri Szin Hay mətbuat konfransında deyib.

“Tibbi ləvazimat ixracatının nizamlı genişləndirilməsi epidemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın dərinləşməsidir. Bu, qlobal səhiyyə sistemində yaranan böhrana birgə reaksiyada vacib addımdır”,- deyə departament rəhbəri koronavirusun xaricdə yayılması faktına işarə edib.

2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.

Bakı vaxtı ilə saat 14:50-yə olan məlumata əsasən, bu xəstəlikdən dünyada 1 milyon 214 mindən çox yoluxma və 65 min 605 ölüm faktı qeydə alınıb.


Oxunma sayı: 4907

Oxşar yazılar