Gürcüstanda koronavirusdan ikinci ölüm faktı qeydə alınıb

  • 17:26 - 05 Aprel

Gürcüstanda COVID-19 virusundan ikinci ölüm faktı qeydə alınıb.

Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Patianinin məlumatına görə, vəfat edən 81 yaşlı qadındır.

Qeyd edək ki, hazırda Gürcüstanda 170 nəfər koronavirusa yoluxmuş xəstə var.

Hökumət aprelin sonunda COVID-19-un daha geniş yayılacağı barədə xəbərdarlıq edib.


Oxunma sayı: 8372

Oxşar yazılar